Təcrübəli qolkiper "Bavariya"da qalacaq

  • Bu gün, 16:22

"Bavariya"nın qolkiperi Manuel Noyerin komandadakı gələcəyi bəlli olub.

Sportlife.az Almaniya mətbuatına istinadən xəbər verir ki, təcrübəli qapıçının sözləşməsi bu mövsümün sonunda bitir. Münhen klubu onun müqaviləsini daha bir il artıracaq.

Noyerin məvacibi də dəyişməyəcək. O, hazırda 20 milyon avro qazanır.

38 yaşlı futbolçu 2011-ci ildən "Bavariya"da çıxış edir. O, bu mövsüm 9 oyunda meydanda olub və 4 görüşdə qapısını qola bağlamağı bacarıb.


Paylaş: