Yığma komandamızın oyunlarının tarixləri açıqlanıb

  • Bu gün, 11:03

17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandası oktyabrın 23-dən 26-dək AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təlim-məşq toplanışı keçəcək.

Sportlife.az xəbər verir ki, U-17 oktyabrın 27-dən noyabrın 2-dək Lüksemburqda Avropa çempionatının 1-ci seçmə mərhələsində iştirak edəcək.

Seçmə mərhələdəki oyunların təqvimi də artıq məlumdur.

30 oktyabr

21:00. Serbiya - Azərbaycan
Bettemburq, "Municipal" stadionu.

2 noyabr

19:00 Azərbaycan - Lüksemburq
Bettemburq, "Municipal" stadionu.


Paylaş: