Belçikalı futbolçu Amerikanı Səudiyyə Ərəbistandan üstün tutur

  • Bu gün, 14:05

"Mançester Siti"nin futbolçusu Kevin De Bruyne gələcəyi barədə qərar verir.

Sportlife.az xarici mətbuatına istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi "şəhərlilər"dən ayrılarsa, karyerasını ABŞ-də davam etdirmək istəyir. O, Amerikanı Səudiyyə Ərəbistandan üstün tutur.

MLS klubu "San Dieqo" De Bruyne ilə maraqlanan klublardan biridir. Onlar belçikalıya 20 milyon dollar məvacib ödəməyə hazırdır.

33 yaşlı futbolçunun MS ilə müqaviləsi gələn ilin yayında bitir. O, yekun qərarını mövsümün sonunda verəcək.


Paylaş: