"Yuventus" qolkiperiylə 2027-ci ilə qədər müqavilə uzadıb

  • Bu gün, 17:57

"Yuventus" klubu qapıçısı Mattiya Perinlə müqavilə müddətini uzadıb.

Sportlife.az klubun saytına istinadən xəbər verir ki, 31 yaşlı qolkiper 2027-ci ilin yayına qədər "qoca sinyora"da çıxış etməyə davam edəcək.

Qeyd edək ki, Perin 2018-ci ildən Turin təmsilçisində çıxış edir. O, cari mövsüm "Yuventus"un heyətində 4 oyunda meydana çıxıb.


Paylaş: