“Sabah” yenə məğlub oldu

  • Bu gün, 21:41

"Sabah"ın basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.

Sportlife.az xəbər verir ki,, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv İsveçin "Norrçepinq Dolfins" klubunu qəbul edib.

Bakı İdman Sarayında reallaşan görüş rəqibin 74:70 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Sabah" öncəki iki görüşdə də məğlub olmuşdu.


Paylaş: