Bir-biri ilə toqquşub zədələndilər

  • 28 Noyabr 2025, 16:32

"Betis"in yarımmüdafiəçiləri İsko və Sofyan Amrabat "Utrext"lə Avropa Liqasının oyununda zədələnib.

Sportlife.az xəbər verir ki, oyunun əvvəlində futbolçular bir-biri ilə toqquşublar və matçı davam etdirə bilməyiblər.

Nelson Deossa 10-cu dəqiqədə ispaniyalının, Pablo Fornals isə 5 dəqiqə sonra mərakeşlinin yerinə meydana daxil olublar.

"Betis" hazırda Avropa Liqasının turnir cədvəlində 8 xalla 12-ci yerdədir.


Paylaş: