
Lunyov ən çox qurtarış edən qapıçılar siyahısındadır
"Qarabağ"ın qapıçısı Andrey Lunyov UEFA Avropa Liqasının qrup mərhələsində ən çox qurtarış edən qolkiperlər sırasında yer alıb.
Sportlife.az xəbər verir ki, 32 yaşlı futbolçu 5 qarşılaşmada 19 seyvlə yadda qalıb.
Rusiyalı oyunçu bu göstəriciyə görə Moldovanın "Şerif" komandasında çıxış edən Maksim Kovalla birlikdə 4-5-ci yerləri bölüşdürür.
Polşanın "Rakuv" klubundan Vladan Kovaçeviç (25) liderdir. Kipr təmsilçisi "Aris"in braziliyalı qapıçısı Vana (24) ikinci, Avstriyanın “Ştrum” kollektivindən Kyell Sherpen (20) üçüncüdür.
Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin V turunda Norveçdə "Molde" ilə heçə-heçə edib - 2:2.