"Qarabağ" - "Hakken" oyununa 20 minə yaxın bilet satıldı

  • 11 Dekabr 2023, 18:20

Bakıda "Qarabağ" və İsveçin "Hakken" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunu üçün indiyədək satılmış biletlərin sayı bəlli olub.

Bu barədə Sportlife.az-a "köhlən atlar"ın mətbuat xidmətindən məlumat verilib.

Onun sözlərinə görə, indiyə qədər 18700 bilet alınıb.

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.


Paylaş: