”Qarabağ”ın təcrübəli müdafiəçisi karyerasını başa vurdu

  • 2 İyun 2024, 20:45

"Qarabağ"ın kapitanı Maksim Medvedev peşəkar karyerasını başa vurub.

Sportlife.az xəbər verir ki, Azərbaycan Kubokunun "Zirə" ilə final matçından öncə bu barədə məlumat verilib.

35 yaşlı müdafiəçiyə xatirə hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən "Qarabağ"ın əsas komandasında çıxış edirdi.


Paylaş: