"4-5 yaxşı legioner olsa, yerli oyunçular da inkişaf edər" - Azər Bağırov

  • Bu gün, 20:59

"Kəpəz" Misli Premyer Liqasının X turunda Tovuz şəhər stadionunda "Qarabağ"a 0:5 hesabı ilə məğlub olub.

Sportlife.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyunu gərgin olacağını bilirdik. İlk dəqiqələrdən istəyirdik ki, uşaqlar rəqibdən çəkinməsinlər. Birinci hissədə buna nail olurduq. Çatışmayan cəhətlərimizin üzərində işləyəcəyik. "Qarabağ"a Avropa Liqasında uğurlar arzulayıram.

- "Kəpəz"də legionerlərin sayı çoxdur. Olmaz ki, 3-4 yaxşı legioner gətirib, daha çox yerli futbolçulara şans verilsin?

- Mən həmişə azərbaycanlıalrın meydanda olmasının tərəfdarı olmuşam. Amma mən gələndən sonra 4 legioner gətirmişik. Onların hamısı meydanda bizə kömək ediblər. Sizinlə razıyam, bu gün 11-12 legionerdənsə, 4-5 yaxşı legioner olsa, yerli oyunçular da inkişaf edər. 


Paylaş: