"Bəlkə mənə deyər ki, kimlər sifarişlə çağırılıb" - Qurban Qurbanov

  • Bu gün, 20:45

- Futbolçularımı təbrik edirəm. Milli fasilədən sonra vacib qələbə idi. Düzdür, oyundan çox razı qalmadım. Dinamika istənilən səviyyədə deyildi. Futbolçuların bir-birini sığortalaması düşündüyümüz kimi olmadı. Yalnız dünən bütün komanda birlikdə məşq etdi. "Kəpəz" çox istəkli idi. Onlara uğurlar arzulayıram. 

Sportlife.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kəpəz"i 5:0 hesabıyla məğlub etdikləri görüşdən sonra səsləndirib. Təcrübəli mütəxəssis İlqar Qurbanovun "Sabaha saxlamayaq" verilişində səsləndirdiyi "Əvvəllər milli komandaya sifarişlə futbolçular dəvət olunurdu" sözünə də münasibət bildirib:

- Məni düz anlayın. Mən qeyri-ciddi fikirlərə önəm vermirəm. Bu danışıqlar sovet düşüncəsidir. Bacarıqlı futbolçuya görə heç kim zəng etmir. Mən belə şey görməmişəm, şahidi olmamışam. Belə fikirlər insanları futboldan uzaqlaşdırır. Mənə kim sifariş edə bilər ki? Verilişə baxmamışam. İlqarı görəndə soruşaram. Bəlkə mənə deyər ki, kimlər sifarişlə çağırılıb.


Paylaş: