"Neftçi" "Qarabağ"a böyük hesabla uduzdu, "Səbail"dən geridönüş - YENİLƏNİB
Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub.
Sportlife.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.
Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "Qəbələ" "Səbail"i qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb 2:3. Bununla da "Səbail" turnir cədvəlində 2-ci pilləyə yüksəlib.
"Qəbələ" ilə "Kəpəz" arasındakı xal fərqi isə 11 olaraq qalıb.
Turun mərkəzi və sonuncu matçında isə lider "Qarabağ" 2-ci pillədə qərarlaşan "Neftçi"nin qonağı olub. Əzəli rəqiblərin görüşündə Ağdam təmsilçisi qələbə qazanıb - 4:1.
3 mart (bazar)
19:00. “Neftçi” – “Qarabağ” - 1:4
Qol: Nəriman Axundzadə, 47 (0:1), Toral Bayramov, 60-pen. (0:2), Filip Ozobiç, 71-pen. (1:2), Toral Bayramov, 90+3 (1:3), Leandro Andrade, 90+7 (1:4)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“Neftçi Arena”
16:00. “Qəbələ” – “Səbail” - 2:3
Qollar: Urfan Abbasov, 13 (1:0), Osama Xalayla, 26 (2:0), Yusif Nəbiyev, 58 (2:1), Rüfət Abdullazadə, 65 (2:2), Nir Bardea, 90+1 (2:3)
Qırmızı vərəqə: Lukas Afriko, 41 ("Qəbələ")
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Qəbələ şəhər stadionu
2 mart (şənbə)
“Sabah” – “Araz-Naxçıvan” - 2:0
“Zirə” – “Turan Tovuz” - 1:1
1 mart (cümə)
“Sumqayıt” – “Kəpəz” - 1:3