Ayxan Abbasov: “Bu məğlubiyyət bizi daha da möhkəmləndirməlidir”

  • Dünən, 20:17

"Şamaxı" Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə "Səbail"ə 0:2 hesabı ilə məğlub olub.

Sportlife.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında matçla bağlı bunları deyib:

- Üzücü məğlubiyyət oldu. Xal qazanmaq istəyirdik. Amma bu gün rəqib bizdən daha istəkli görünürdü. Sonra oyunu çevirmək imkanımız oldu. Qol epizodlarını dəyərləndirə bilmədik. Daha sonra qırmızı vərəqə il azlıqda qaldıq. Sonra isə rəqib əks-hücumda ikinci qolu vurub oyunun taleyini həll etdi. Bu gün istədiyimiz kimi çıxış edə bilmədik. Bu da normaldır. Zədəli futbolçularımız çox idi. Mövsüm ərzində belə çətinliklər olacaq. Buna hazır olmalıyıq. Bu məğlubiyyət bizi daha da möhkəmləndirməlidir. Milli fasilədən istifadə edib daha möhkəm olacağıq. 


Paylaş: