"Həmişə komandamdan daha artığını istəyirəm" - Elmar Baxşıyev

  • Dünən, 23:52

- Yaxşı, dinamik oyun alındı. Hər iki komanda yaxşı iş ortaya qoydu. Həmişə komandamdan daha artığını istəyirəm. Futbolçular mənim istədiyim oyunu göstərməyə çalışırlar. Oyun baxımından daha da rəngarəng ola bilərik. Düşünürəm ki, heç-heçə ədalətli nəticədir.

Sportlife.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Sabah"la heç-heçə etdikləri görüşdən sonra keçirilən mətbuat onfransında səsləndirib. O, daha sonra hakimlərlə bağlı sualı cavablandırıb.

- Hakimlərin "Araz-Naxçıvan"a kömək etdiyi iddia olunur. Bu situasiya sizi narahat etmir?

- Ona görə diqqəti vurğuladım. Hakimin bizə simpatiyasının olduğunu gördüzsə... "Turan Tovuz"la oyunda Ramon Maçadonun epizodundan danışırlar. Həmin epizoddan bugünkü matçda da oldu. Boyan Letiçin epizodu eynidir. Bunu heç kim danışmayacaq. Amma Maçadonun epizodunun üstündən 10 tur da keçsə, hamı danışacaq. Çempionat uzundur, komanda olaraq bərk olmalıyıq ki, bu maneələr bizi çaşdırmasın.


Paylaş: