Renduliç: "Yaxşı oynamaq istəyirsizsə, belə uşaq səhvləri etməməlisiz"

  • Dünən, 23:35

- Oyuna çox yaxşı başladıq. 5-ci dəqiqədə qol vurduq. Əfsuslar olsun ki, 3 dəqiqə sonra səhv etdik. Yaxşı oynamaq istəyirsizsə, belə uşaq səhvləri etməməlisiz. Rəqib 35 metrdən uzun topla fərqlənir. Mən buna şərh verməyə çətinlik çəkirəm. Qol buraxdıqdan sonra birinci hissədə pis oynadıq. Sanki futbolçuların ayaqları getmirdi. İkinci toplarda problemimiz var idi. İkinci hissədə daha yaxşı oynadıq. Amma nəticədə bərabərliyə razı olduq.

Sportlife.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç "Araz-Naxçıvan"la görüşdən sonra keçirilən mətbuat konfransında səsləndirib. O, daha sonra sözlərinə belə davam edib:

- Birinci dövrədə heç nədən xallar itirdik. "Qarabağ"la oyunda xal qazanmağa layiq idik. Amma ötən mövsümün ilk dövrəsi ilə müqayisə etsək, bu il çox yaxşıyıq. İrəlidə çox oyun var. İkinci dövrədə daha çox xal toplayacağıq.


Paylaş: