"Şəki" oyun qurucu transfer edib

  • Bu gün, 14:47

"Şəki" basketbol klubu növbəti transferini rəsmiləşdirib.

Sportlife.az xəbər verir ki, əyalət təmsilçisu 25 yaşlı ABŞ-li oyun qurucusu Roti Veyrlə anlaşıb.

Ötən mövsümü Kiprin PAEEK klubunda keçirmiş basketbolçu "Şəki"də 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Bedri Meriçin rəhbərlik etdiyi kollektiv daha öncə Kris Barton, Karl Conz, Aleks Koldvell və Coş Robinsonu da transfer edib.


Paylaş: