“Səbail“ “Şamaxı”nı məğlub etdi

  • Dünən, 19:14

Misli Premyer Liqasında IX turun oyunları keçirilir.

Sportlife.az xəbər verir ki, ikinci oyun gününün ilk görüşündə “Səbail” “Şamaxı”nı qəbul edib.

Görüş "dənizçilər"in qələbəsiylə başa çatıb - 2:0.

"Səbail" xalını 7-yə yüksəldib. "Şamaxı" isə 12 xalda qalıb.

Günün sonuncu oyunu isə “Sabah”la “Araz-Naxçıvan” arasında keçirəcək.

Daha öncə “Kəpəz” “Neftçi”yə 4:3 hesabıyla qalib gəlib. “Turan Tovuz” – “Zirə” və “Sumqayıt” – “Qarabağ” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası
9-cu tur

5 oktyabr

17:00 “Səbail” – “Şamaxı” 2:0
Qollar: Qorka Larruçea, 27. Madi Keta, 68.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov.
“Bayıl Arena”


Paylaş: