"Real" əsas oyunçulardan birini itirdi

  • Bu gün, 14:21

"Real"ın futbolçusu Dani Carvaxal uzunmüddətli sıradan çıxıb.

Sportlife.az klubun saytına istinadən xəbər verir ki, təcrübəli sağ cinah müdafiəçisi dünən keçirilən "Vilyarreal"la görüşün son dəqiqələrində zədələnib. O, yaxın günlərdə əməliyyat olacaq.

Carvaxalın bu mövsüm bir daha meydana çıxmayacağı gözlənilir.

"Real" - "Vilyarreal" görüşü "kral klubu"nun 2:0 hesablı qələbəsiylə başa çatıb.


Paylaş: