"Turan Tovuz" "Zirə"ni, "Sumqayıt" "Qarabağ"ı qəbul edir

  • Bu gün, 09:36

Bu gün Misli Premyer Liqasında IX tura yekun vurulacaq.

Sportlife.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.

Əvvəlcə “Turan Tovuz” doğma meydanda “Zirə”ni qəbul edəcək. Hər iki komandanın aktivində 15 xal var.

Lider “Qarabağ” isə “Sumqayıt”ın qonağı olacaq.

Misli Premyer Liqası
9-cu tur

6 oktyabr

“Turan Tovuz” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.

Tovuz şəhər stadionu, 17:45.

“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:00.


Paylaş: