Masazırda heç-heçə

  • Dünən, 21:27

Misli Premyer Liqasında IX turun oyunları keçirilir.

Sportlife.az xəbər verir ki, ikinci oyun gününün sonuncu görüşü “Sabah”la “Araz-Naxçıvan” arasında keçirilib.

Matçda bərabərlik qeydə alınıb - 1:1.

Naxçıvan təmsilçisi 17 xalla ikinci, "bayquşlar" isə 15 xalla beşinci yeri tutur.

Daha öncə “Kəpəz” “Neftçi”yə 4:3, “Səbail” isə “Şamaxı”ya 2:0 hesabıyla qalib gəlib. “Turan Tovuz” – “Zirə” və “Sumqayıt” – “Qarabağ” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası
9-cu tur

5 oktyabr

“Sabah” – “Araz-Naxçıvan” 1:1
Qollar: Boyan Letiç, 5 – Felipe Santos, 7.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev.
“Masazır Arena”, 19:30.


Paylaş: