
"Bu, klub futbolunun inkişafı, milli futbolun enişi olacaq"
"Legioner limitinin ləğvi klub futbolunun inkişafı, milli futbolun enişi olacaq".
Bu sözləri Sportlife.az-a açıqlamasında "Səbail"in sabiq baş məşqçisi Şahin Diniyev deyib.
O, yeni mövsümdə 12 komandanın hansı formatla oynamalı olması barədə də fikirlərini bildirib: "Məncə, ən real variant 3 dövrəli 33 oyundan ibarət formatdır.
Mütəxəssis "Sizcə, çempionat 3 dövrəli olarsa, bəzi komandalara haqsızlıq olmayacaqmı?" sualına belə cavab verib: "Məncə, yox, çünki püşkatma olacaq. Bu, indiki vəziyyətdə ev və səfər oyunlarının o qədər də əhəmiyyətli olmaması deməkdir. Təbii ki, mən də istəyirəm heç bir kluba haqsızlıq olmasın. Ən yaxşı variantın bu olduğunu düşünürəm".
Akif Əhmədov