Kurban Berdıyev: “Xal fərqi artsa da, qarşıda hələ çox oyun var"
"Turan Tovuz" Misli Premyer Liqasında XV turunda səfərdə "Araz-Naxçıvan"la qarşılaşıb.
Sportlife.az xəbər verir ki, Tovuz təmsilçisi rəqibinə 0:1 hesabıyla məğlub olub. Matçdan sonra komandanın baş məşqçisi Kurban Berdıyev görüşlğ bağlı bunları deyib:
"Birinci hissəni pozitiv adlandırmaq olar. Otto Conun qapıçı ilə üz-üzə qaldığı məqamı çıxsaq yüz faizlik qol imkanları olmasa da oyuna nəzarət edirdik. Belə oynlar adətən ilk səhvə kimi oynanır. Təəssüf ki, səhvi biz buraxdıq. Çox vacib oyun idi. Xal fərqi artsa da, qarşıda hələ çox oyun var".