“Neftçi” hücumçusuyla yolları ayırdı
“Neftçi” legioner futbolçusu Brayan Moreno ilə yollarını ayırıb.
Sportlife.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, kolumbiyalı hücumçunun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Qeyd edək ki, bu ilin yanvarında transfer olunmuş Moreno “Neftçi”nin heyətində 18 rəsmi oyun keçirib, 4 qol vurub. Zədəli olduğu üçün onun adı cari mövsüm iştirak ərizəsinə salınmamışdı.