Qara Qarayevin yeni klubu bəlli olub - RƏSMİ

  • 30 Oktyabr 2024, 15:45

"Qarabağ"ın və "Neftçi"nin sabiq futbolçusu Qara Qarayevin yeni klubu bəlli olub.

Sportlife.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “Araz-Naxçıvan”a keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan millisində 76 oyun keçirən Qara Qarayev “Qarabağ”ın yetirməsidir. 15 il (2008-2023) Ağdam klubunda çıxış edən futbolçu 2023-cü ildə “Neftçi”yə transfer olub. 

Qara karyerası ərzində 9 dəfə Azərbaycan çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub.


Paylaş: