"Qəbələ" qələbəni əldən verdi

  • 18 Oktyabr 2025, 16:35

Azərbaycan Premyer Liqasının VIII turunda “İmişli” və “Qəbələ” komandaları üz-üzə gəlib.

Sportlife.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində baş tutan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Baş hakim İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmadq qolları nominal meydan sahiblərinin heyətində qolları Ronaldo De Souza (74) və Dioqi Almeyda ( 80) vurublar. Qonaqlardan isə Domi Massumo (43) və İbrahim Sanqare (47) fərqləniblər.

Bu nəticədən sonra "İmişli" 9 xalla səkkizinci yerdədir. 10-cu pillədə qərarlaşan "Qəbələ"nin isə 5 xalı var.

Qeyd edək ki, günün növbəti qarşılaşmasında “Sumqayıt” və “Karvan-Yevlax”ı qəbul edəcək.


Paylaş: