Qəbələnin məşqçiləri məşhurlarla bir arada

  • Bu gün, 12:46

Gürcüstan Futbol Federasiyasının təşkilatçılığı ilə UEFA Pro məşqçi kateqoriyasının uzadılması ilə bağlı növbəti təlim keçirilib.

Sportlife.az xəbər verir ki, təlimə qatılan 41 məşqçininin lisenziyaları daha 3 il uzadılıb.

Kursda “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze və onun köməkçisi Georgi Çixradze də iştirak ediblər.

Qeyd edək ki, kursa son olaraq Türkiyənin “Kasımpaşa” klubunu çalışdırmış Şota Arveladze, vaxtilə Azərbaycan millisinin, “Şəmkir”, “Kəpəz” kimi klubların formasını geyinmiş Badri Kvaratsxeliya kimi tanınmış simalar da qatılıb.


Paylaş: