Premyer Liqa klubu hücumçu axtarır

  • Bu gün, 17:55

"Vest Hem" qış transfer pəncərəsində hücum xəttini gücləndirmək istəyir.

Sportlife.az xəbər verir ki, London klubu "Vulverhempton"un hücumçusu Yurqen Larsenlə maraqlanır.

Lakin "Kristal Pelas" da oyunçunu transfer etmək istəyir. Bu klub əvvəllər norveçli üçün 55 milyon funt sterlinq təklif etmişdi.

"Vest Hem"in siyahısında, həmçinin "Koventri"nin forvardı Ellis Simms də var. Lakin Çempionşip lideri əsas oyunçularından biri ilə vidalaşmaq istəmir.


Paylaş: