İngilislərin hədəfindəki hücumçu
"Mançester Yunayted" "Leypsiq"in hücumçusu Yann Domande ilə maraqlanır.
Sportlife.az xəbər verir ki, "qırmızı şeytanlar"ın və "Tottenhem"in skautları bu yaxınlarda 19 yaşlı forvardın oyunlarını izləyiblər.
Domande əvvəllər "Liverpul", "Mançester Siti", "Çelsi" və digər klubların da maraq dairəsində olub.
Futbolçu bu mövsüm 14 oyun keçirib və altı qol vurub. Onun klubu ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir.