"Real" 65 milyonluq oyunçunu 9 milyona alır
"Real" "Komo"nun yarımmüdafiəçisi Niko Pası geri qaytarmaq qərarına gəlib.
Sportlife.az xəbər verir ki, klub keçmiş oyunçusunu 2026-cı ilin yayında 9 milyon avroya almaq niyyətindədir.
Qeyd edək ki, Pas 2024-cü ildə "Komo"ya 6 milyon avroya keçib. İki mövsümdən az müddətdə 21 yaşlı argentinalı İtaliya komandasında 51 oyunda meydana çıxıb, 11 qol vurub və 14 məhsuldar ötürmə edib.
Onun hazırki transfer dəyəri 65 milyon avro olaraq qiymətləndirilir.