"Qarabağ"ın sabiq futbolçusu "Rabotniçki"də

  • Bu gün, 17:28

"Qarabağ"ın sabiq futbolçusu Muarrem Muarremin yeni iş yeri bəlli olub.

Sportlife.az xəbər verir ki, o, "Rabotniçki"nin baş məşqçisi təyin edilib. Bu barədə Şimali Makedoniya klubunun mətbuat xidməti məlumat yayıb.

Gənc mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. "Rabotniçki" hazırda Şimali Makedoniyanın yüksək liqasında 16 turdan sonra 12 komanda arasında 11-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Muarem Muarem "Qarabağ"ın tanınmış futbolçularından olub. O, müxtəlif vaxtlarda 2 dəfə (2012-15 və 2016-17-ci ilərdə) Ağdam klubunda oynayıb. 37 yaşlı məşqçi buna qədər “Qostivar”, “Başkimi” klublarını çalışdırıb.


Paylaş: