Millimizin futbolçusu cəzalı durumda
Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadə Misli Premyer Liqasında ilin ilk oyununu buraxacaq.
Sportlife.az xəbər verir ki, "Sumqayıt"da çıxış edən 25 yaşlı hücumçu XVII turda səfərdə "Turan Tovuz"la matçda iştirak edə bilməyəcək.
Buna forvardın XVI turda "Sabah"a evdə 1:3 uduzduqları qarşılaşmada sarı vərəqə alması səbəb olub.
Əhmədzadə cari mövsüm 4-cü dəfə bu halla üzləşdiyi üçün cəzalı duruma düşüb.
Qeyd edək ki, "Turan Tovuz" - "Sumqayıt" oyunu yanvarın 25-də baş tutacaq.