"Qarabağ"ın rəqibi yeni hücumçu alır

  • 27 Dekabr 2025, 11:40

İngiltərənin “Liverpul” klubu Aleksander İsakın ağır zədələnməsi fonunda yeni hücumçu axtarır.

Sportlife.az xəbər verir ki, “qırmızılar”ın rəhbərliyi mövsümün sonuna qədər PSJ-nin hücumçusu Qonsalu Ramuşu icarəyə götürmək imkanını nəzərdən keçirir.

Portuqaliyalı forvardın Paris klubu ilə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, "Liverpul" UEFA Çempionlar Liqasında "Qarabağ"ın rəqiblərindən biridir.


Paylaş: