Qismət fərqi

  • 6 Mart 2025, 17:57

Azərbaycan Premyer Liqasının 25-ci turunda "Zirə" səfərdə "Turan Tovuz"u 2:0 hesabı ilə məğlub edərək vacib 3 xal qazandı.

Sportlife.az-ın seçiminə əsasən, matçın ən yaxşı futbolçusu "Zirə"nin aparıcı oyunçularından biri olan Qismət Alıyev olub.

Oyunun əvvəlindən meydanda aktivliyi və inamlı oyunu ilə seçilən Qismət yüksək səviyyəli çıxışı ilə komandasına böyük töhfə verdi. Erkən qol vuraraq "Zirə"ni hesabda önə keçirməsi matçın gedişatını dəyişdirən əsas məqamlardan biri oldu. Penalti zərbəsində soyuqqanlılığını qoruyaraq rəqib qapıçıya heç bir şans vermədi.

Bundan əlavə, topa sahib olma bacarığı və ötürmə dəqiqliyi ilə oyunun ritmini formalaşdıran əsas fiqurlardan biri oldu. Müdafiə və hücum arasındakı keçidləri ustalıqla icra edərək "Zirə"nin oyun tempini uğurla idarə etdi. Dəqiq uzun ötürmələri ilə komandasının sürətli hücumlarının təşkilində mühüm rol oynadı və əlavə qol imkanları yaratdı.

Sportlife.az


Paylaş: