Elmar Baxşıyev istefaya səsləndi
İşləri yolunda getməyən "Qəbələ"yə azarkeşlər etiraz edirlər.
Sportlife.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, hazırda davam edən "Kəpəz" - "Qəbələ" matçında qəbələli azarkeşlər "Elmar istefa" şüarları səsləndirirlər.
Qeyd edək ki, oyunun 83-cü dəqiqəsində "Kəpəz" "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edir.