"Çempionat olduqca rəqabətlidir" - "Turan Tovuz"un legioneri

"Çempionat olduqca rəqabətlidir" - "Turan Tovuz"un legioneri

  • 1 Dekabr 2023, 18:53

“Artıq komandaya uyğunlaşmışam”.

Bunu Sportlife.az-a açıqlamasında “Turan Tovuz”un legioneri Emmanuel Hakman deyib. 28 yaşlı futbolçu komandaya adaptasiya dövrü barədə bunları söyləyib:

“Uyğunlaşma dövrü çox yaxşı keçir. Çünki yaxşı komandamız var. Ona görə də, adaptasiya olmaq çətin deyil. Sadəcə hər komandanın çətin anlar yaşadığı zaman olur. Amma biz əla iş görürük. Hər şey istədiyimiz kimi yaxşılaşacaq”.

Qanalı müdafiəçi Azərbaycan Premyer Liqasını yüksək qiymətləndirib: “Premyer Liqanı bəyənirəm və maraqlıdır. Çünki çempionat olduqca rəqabətlidir. Hər komanda yarışın içindədir. Bu da onu mənə maraqlı edir. Mən Portuqaliyada və Serbiyada oynamışam, amma buradakı üslub fərqlidir. Heç bir komandanı qiymətləndirmək olmur. Bu, çox çətin səviyyədir və mənim xoşuma gəlir”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 15-ci turunda “Turan-Tovuz” “Sumqayıt”ı qəbul edəcək.


Paylaş: