16 Noyabr 2023, 16:00
Lunyov məşqlərə nə vaxt qoşulacaq? - AÇIQLAMA

“Komanda bu gündən məşqləri bərpa edib. Hazırda bir zədəlimiz var - Andrey Lunyov”.

Bunu Sportlife.az-a açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib. Klub rəsmisi rusiyalı qolkiperin sağlamlıq durumu ilə bağlı son məlumatları bölüşüb:

“Futbolçumuzun müalicəsi davam edir. Həkimlərin ilkin açıqlamasına görə, Lunyov 1 həftə içərisində məşqlərə qoşulacaq”.

Qeyd edək ki, Ağdaç təmsilçisinin qapıçısı Andrey Lunyov Almaniyanın “Bayer 04” klubuna qarşı keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyununda dizindən zədələnib.

Nərmin VÜQARQIZI