39 yaşlı basketbolçudan növbəti rekord
"San-Antonio Spörs"ün oyun qurucusu Kris Pol NBA tarixində ən çox assist edən ikinci oyunçu olub.
Sportlife.az xəbər verir ki, 39 yaşlı basketbolçu bunu "Nyu-Orlean Pelikans”a qalib gəldikləri (121:116) matçda reallaşdırıb.
O, həmin görüşdə 10 assistlə yadda qalıb. Pol NBA-da məhsuldar ötürmələrinin sayını 12099-a çatdırıb və bu göstəricidə keçmiş oyunçu, hazırda "Dallas Maveriks"i çalışdıran Ceyson Kiddi (12091) arxada qoyub.
Rekord "Yuta Caz"ın sabiq basketbolçusu Con Stoktona məxsusdur - 15806 assist.