15 Noyabr 2023, 09:50

“Sabah” basketbol klubu bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirəcək.

Sportlife.az xəbər verir ki, Azərbaycan təmsilçisi 5-ci matçında Türkiyə klubu “Bağçaşəhər”in qonağı olacaq.

İstanbulda yerləşən Ülkər İdman Zalında təşkil olunacaq görüşə saat 20:00-da start veriləcək.

Qeyd edək ki, “Sabah” qrupda keçirdiyi 4 oyunun 3-də məğlub olub, 1-də qələbə qazanıb. Azərbaycan çempionu “Bağçaşəhər”lə Bakıda keçirdiyi matçda rəqibinə 65:83 hesabı ilə uduzub. “Sabah” hazırda 5 xalla D qrupunda üçüncü pillədə qərarlaşıb.