Azərbaycan idmançıları 6 medal qazandı

  • 9 Fevral 2025, 13:50

Serbiyanın paytaxtı Belqradda keçirilən boks üzrə beynəlxalq turnir start başa çatıb.

Sportlife.az xəbər verir ki, yarışa 6 idmançı ilə qatılan Azərbaycan millisinin hər bir üzvü fəxri kürsüyə yüksəlib.

Yığmanın heyətində Anaxanım İsmayılova (48 kq) qızıl medal qazanıb. Aynur Rzayeva (+81 kq) gümüş, Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Emili Rzayeva (70 kq) bürünc mükafata yiyələniblər.

Komandamız fevralın 10-da Bakıya qayıdacaq.


Paylaş: