12 komanda Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldi

  • 30 Noyabr 2023, 12:48

Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turuna yekun vurulub.

Sportlife.az xəbər verir ki, turun nəticələrinə əsasən, bir sıra komandalar pley-offa vəsiqə qazanıb. Turnirin 1/8 final mərhələsinin 16 iştirakçısından 12-si bəllidir:

"Bavariya", "Arsenal", PSV, "Real", "Real Sosyedad", "İnter", "Atletiko", "Latsio", "Borussiya", "Mançester Siti", "Leypziq", "Barselona".

 


Paylaş: