Çempion Liqasında püşk atıldı

  • Dünən, 15:24

UEFA Çempionlar Liqasında 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçirilib.

Sportlife.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində atılan püşk nəticəsində Liqa mərhələsini ilk "8-lik"də başa vurmuş komandalar pley-off mərhələsinin qaliblərinə rəqib olublar.

1/8 final cütlərinin tərkibi belə müəyyənləşib:

1. "Aston Villa" (İngiltərə) - "Brügge" (Belçika)

2. "Lill" (Fransa) - "Borussiya" (Dortmund, Almaniya)

3. "Atletiko" (Madrid, İspaniya) - "Real Madrid" (İspaniya)

4. "Bayer" (Leverkuzen, Almaniya) - "Bavariya" (Almaniya)

5. "Arsenal" (İngiltərə) - PSV (Niderland)

6. "İnter" (İtaliya) - "Feyenoord" (Niderland)

7. "Liverpul" (İngiltərə) - PSJ (Fransa)

8. "Barselona" (İspaniya) - "Benfica" (Portuqaliya)

Oyunlar 4-5 mart və 11-12 martda keçiriləcək.

1/4 final cütləri:

I. 1 cütünün qalibi - 7 cütünün qalibi

II. 5 cütünün qalibi - 3 cütünün qalibi

III. 8 cütünün qalibi - 2 cütünün qalibi

IV. 6 cütünün qalibi - 4 cütünün qalibi

Oyunlar 8-9 aprel və 15-16 apreldə olacaq.

Yarımfinal cütləri:

I cütün qalibi - II cütün qalibi

III cütün qalibi - IV cütün qalibi

Oyunlar 29-30 aprel və 6-7 mayda baş tutacaq.

Final qarşılaşması mayın 31-də Almaniyanın Münhen şəhərində oynanılacaq.


Paylaş: