
"Kamp Nou"ya dönüş tarixi bilindi
"Barselona" yenidənqurmadan sonra "Kamp Nou" stadionunda ilk matçını 2025-ci ilin avqust ayında keçirə bilər.
Sportlife.az xəbər verir ki, Joan Gamper Kuboku çərçivəsində avqustun 10-da İtaliyanın "Komo" komandası ilə oyun nəzərdə tutulub.
Lakin avqustda stadiona qayıtmaq üçün “Barselona” rəhbərliyi tez bir zamanda lazımi sənədləri əldə etməli olacaq.
Qeyd edək ki, stadionda işlərə 2022-ci ilin iyununda başlanılıb və tamaşaçı tutumunun 105 minə çatdırılması planlaşdırılır.