
Barkolya 3 klubun "radar"ında
PSJ-nin hücumçusu Bredli Barkolya karyerasını İngiltərədə davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, 22 yaşlı futbolçu ilə "Arsenal" maraqlanır. Futbolçu "Bavariya" və "Liverpul"un da diqqət mərkəzindədir.
Barkolya ötən mövsüm 60 oyun keçirib, 21 qol vurub və 20 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.