
Azər Bağırovun qardaşı baş məşqçi oldu
I Liqada çıxış edən "Difai"nin yeni baş məşqçisi müəyyənləşib.
Sportlife.az xəbər verir ki, aşağı liqa təmsilçisi Araz Bağırovla 3 illik müqavilə imzalayıb.
43 yaşlı mütəxəssis son olaraq "Kəpəz"də qardaşı Azər Bağırovun köməkçisi kimi fəaliyyət göstərib.