"İmişli"nin baş məşqçisi bilindi

  • Dünən, 12:33

Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "İmişli" komandasının yeni baş məşqçisi bəlli olub.

Sportlife.az xəbər verir ki, komanda portuqaliyalı Xorxe Kaskilyaya tapşırılıb. 56 yaşlı mütəxəssislə 1 illik müqavilə bağlanıb.

Onunla birgə çalışacaq məşqçilər heyəti də müəyyənləşib. Kriştianu Duraeş və Qilyerme Kadete köməkçi məşqçi, Elşad Tahirov qapıçılar, Ulian Qoqa isə fiziki hazırlıq üzrə məşqçi olacaq.


Paylaş: