Kamilo Duran ən yaxşı seçildi

  • Bu gün, 00:01

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda keçirilmiş "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununun ən yaxşı futbolçusu müəyyənləşib.

Sportlife.az xəbər verir ki, bu ada Azərbaycan təmsilçisinin hücumçusu Kamilo Duran layiq görülüb.

O, sözügedən matçda 2 qol vurmaqla komandasının qələbəsində əsas pay sahiblərindən biri olub.

Qeyd edək ki, "Qarabağ" rəqibini 3:2 hesabı ilə məğlub edib.


Paylaş: