
Paris-2024: Hidayət Heydərov Olimpiya çempionudur!
Azərbaycan Paris Olimpiyadasının 3-cü günündə ilk medalını qazanıb.
Sportlife.az xəbər verir ki, bu medalı ölkəmizə cüdoçu Hidayət Heydərov gətirib. O, final görüşündə fransalı Jan Benjamin Qabanı məğlub edib və qızıl medal qazanıb.
Hidayət Azərbaycanın 8-ci Olimpiya çempionu olub