Rüstəm Orucovun yerinə yeni təyinat

  • 5 Sentyabr 2025, 19:14

Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyasının tərkibində dəyişiklik olub.

Sportıife.az xəbər verir ki, MOK-da keçirilən iclasda komissiyanın yeni tərkibi müəyyənləşib. Atletlər Komissiyanın sədri olan Rüstəm Orucovun (cüdo) yerinə Fəridə Əzizova (taekvondo) sədr seçilib. Veteran taekvondoçu indiyə qədər Atletlər Komissiyasının sədr müavini kimi fəaliyyət göstərib.

Qeyd edək ki, 2025-2028-ci illər dövrü üçün Fəridə Əzizova (taekvondo) komissiyanın sədri, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük), Rəsul Çunayev (güləş) komissiyanın üzvləri kimi fəaliyyət göstərəcəklər.

Səsvermədən sonra Atletlər Komissiyasının gələcək fəaliyyəti barədə müzakirələr aparılıb.


Paylaş: