Dana Uayt MMA tarixinin ən yaxşısını açıqladı

  • Dünən, 16:42

UFC rəhbəri Dana Uayt keçmiş yüngül çəki çempionu və hazırkı ağır çəki çempionu Con Consun MMA tarixinin ən böyük döyüşçüsü olduğunu deyib.

Sportlife.az xəbər verir ki, Uayt bu barədə Leks Fridmana müsahibəsində bildirib.

“Con Cons heç vaxt məğlub olmayıb. O, vaxtının ən çətin çəkisi olan yüngül ağır çəki dərəcəsində hamını məhv etdi. Sonra ağır çəkiyə yüksəldi və asanlıqla qalib gəldi. Bütün zamanların ən böyük döyüşçüsünün kim olduğu barədə heç kim mübahisə edə bilməz. Bu, tamamilə Consdur. Düşünürəm ki, Həbib bu titula iddialı olmaq potensialına malik idi. Sadəcə uzun müddət döyüşmədi. Əvvəla, onun zədələri var idi və bilirsiniz ki, karyerasındakı zədələr və uğursuzluqlar olmasaydı, o, daha tez bitməli idi, amma buna heç bir şübhə yoxdur. Həbib bütün zamanların ən böyük döyüşçülərindən biridir” - deyə Uayt bildirib.


Paylaş: