Dünya çempionumuz: "Qələbəmi şəhidlərimizə həsr edirəm"

  • 24 May 2024, 08:47

Kunq-fu üzrə 21-ci dünya çempionatı başa çatıb.

Sportlife.az xəbər verir ki, mötəbər yarışda bütün rəqiblərinə qalib gələn millimizin üzvü Ellər Orucov dünya çempionu olub.

İdmançımız təəssüratlarını bölüşüb: “Millimiz əla çıxış etdi. Çətin yarış idi. Rəqiblər çox güclü idi. Amma hamısına qalib gəldim və dünya çempionu oldum. Başda Azərbaycan Kunq-fu Federasiyasının prezidenti Nurlan Aslanov olmaqla, əməyi keçən hər kəsə təşəkkür edirəm. Qələbəmi şəhidlərimizə həsr edirəm”.

 


Paylaş: